“WhatsApp” daha ağıllı olacaq - Möhtəşəm yenilik

"WhatsApp" tətbiqi "Meta AI" ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirir.

Referans Media xəbər verir ki, artıq iPhone istifadəçiləri "Meta AI" köməkçisinə birbaşa sənədlər göndərə biləcəklər.

"WABetaInfo" nəşrinin məlumatına görə, yeni funksiya istifadəçilərə faylları birbaşa çat botuna göndərməyə və sənədlərin məzmunu əsasında daha dəqiq cavablar almağa imkan verəcək. Bu yenilik hazırda "WhatsApp"ın iOS üçün beta versiyasında sınaqdan keçirilir.

İndiyədək "Meta AI" ilə ünsiyyət əsasən mətn mesajları, foto və videolarla məhdudlaşırdı. Yeni funksiyanın tətbiqi ilə istifadəçilər artıq PDF faylları, cədvəllər və digər sənədləri botla paylaşa biləcəklər. Süni intellekt bu sənədləri analiz edərək xülasələr çıxara, məzmunla bağlı sualları cavablandıra və tapşırıqların yerinə yetirilməsinə kömək edəcək.

Bu yenilik həm şəxsi, həm də işgüzar yazışmalarda süni intellektin istifadəsini daha rahat və səmərəli edəcək. Əvvəllər oxşar nəticə əldə etmək üçün istifadəçilər mətni əllə köçürməli və ya skrinşot göndərməli olurdular. Yeni sistem isə prosesi daha sürətli və dəqiq edəcək./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki