image-vindovsbackend

“Windows”un yeni versiyası – Süni intelektlə işləyəcək

“Microsoft”un 2026-cı ildə təqdim edəcəyi “Hudson Valley Next” kod adlı yeni “Windows” versiyası ilə bağlı bəzi detallar yayılıb.

Referans Media   xəbər verir ki, sistem süni intellekt mərkəzli infrastruktur üzərində qurulacaq.

 

Yeni versiya “CorePC” arxitekturası ilə modul quruluş təklif edəcək. İstifadəçilər ehtiyaclarına görə sistem komponentlərini əlavə və ya silə biləcəklər. Dizaynda isə şəffaf effektlər və “üzən” tapşırıq çubuğu kimi yeniliklər gözlənilir.

Əməliyyat sistemində “Microsoft Copilot” əsas rol oynayacaq və bəzi qabaqcıl funksiyaların abunə modeli ilə təqdim oluna biləcəyi iddia olunur. Həmçinin, süni intellekt emalı üçün “NPU” aparat tələbi ehtimal edilir. Hazırkı “Windows 11” istifadəçiləri üçün dəstəyin isə bir neçə il davam edəcəyi bildirilir./sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki