Xaçmazda 44 yaşlı kişi güllələndi – Şübhəli şəxs polisə təslim oldu

  Xaçmazda qətl hadisəsi törədilib.

Referans.az   xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.

 Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

E. Cəlilovu öldürməkdə şübhəli bilinən şəxsin özü polisə könüllü şəkildə təslim olub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki