image-01kknjhp4b6wrtj3g5geaaepgy-largebackend

Xaçmazda ağır qəza: ölən var

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

 

Referans Media xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Yolu keçən Tofiq Hacıbala oğlu Almazovu hərəkətdə olan VAZ-2107 markalı minlik avtomobili vurub.

 

Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki