“ABŞ və ya İsrail İranın Ali rəhbəri Əli Xameneiyə hücum edərsə, bu ölkələrə qarşı qlobal cihad elan ediləcək”.
Referans Media xəbər verir ki, bunu İranın Ali Ekspertlər Məclisinin üzvü Ayətullah Möhsün Əraki deyib.
“Heç bir Amerika və ya sionist siyasətçi təhlükəsiz olmayacaq. Nə səfirlikləri, nə iqtisadi strukturları, nə də hərbi bazaları – onlara məxsus hər şey hədəfə çevriləcək. Bu cihad hər bir müsəlmanın borcudur və həmçinin üç Avropa ölkəsinə – Fransa, Böyük Britaniya və Almaniyaya qarşı elan ediləcək”, – Əraki bildirib.























