Xameneidən qərar – İki mindən çox məhkum əfv edilir

İranın Ali rəhbəri Əli Xamenei Məhkəmə məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejeinin 2108 məhkumun cəzasının əfv edilməsi, yüngülləşdirilməsi və ya cəza növünün dəyişdirilməsi ilə bağlı müraciətini qəbul edib.

Referans Media  xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Mohseni-Ejei bundan əvvəl inqilabın qələbəsinin 47-ci ildönümü münasibətilə Xameneiyə ünvanladığı məktubda müəyyən kateqoriyalar üzrə həbsdə olan şəxslərin əfv edilməsi, cəzanın azaldılması və ya dəyişdirilməsi barədə müraciət etmişdi.(teleqraf)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki