Xameneyinin yeri bəlli oldu: İlk gün öldürüləcəkdi, sağ qalmasının SİRRİ backend

Xameneyinin yeri bəlli oldu: İlk gün öldürüləcəkdi, sağ qalmasının SİRRİ 

  İranın ali dini lideri Əli Xameneyi Tehranın şimal-şərqindəki Lavisan bölgəsindəki bunkerə köçürülüb.

Bunu “İran İnternational” İslam Respublikasındakı iki mənbəyə istinadən yazıb.

Onların sözlərinə görə, bu, iyunun 13-də səhər saatlarında İsrailin zərbələrindən bir neçə saat sonra baş verib. Xamneyinin ailəsinin bütün üzvləri onun yanındadır.

Diplomatlardan biri iddia edir ki, İran lideri əməliyyatın elə ilk gecəsində məhv edilə bilərdi, lakin İranın zənginləşdirmə proqramını məhdudlaşdırmaq qərarını verməsi üçün sağ saxlanılıb.

“İsrailin hava hücumlarının başlaması ilə Xameneyi yenidən İsrailin hərbi imkanlarının real qiymətləndirilməsi əsasında zənginləşdirmə proqramının ixtisarına göstəriş vermək imkanı əldə etdi”, – kanal qeyd edir.

Qeyd edildiyi kimi, İsrailin zərbələri Xameneyinin İranın heç bir yerində təhlükəsiz ola bilməyəcəyinə dair xəbərdarlıqdır.

“Wall Street Journal” İsrail rəsmisinə istinadən bir gün əvvəl Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda yazıb ki, İsrail hakimiyyəti Xameneyi də daxil olmaqla İslam Respublikasının nüvə proqramını məhv etmək üçün potensial hədəfləri nəzərdən keçirir.

Qəzetin mənbəsinin sözlərinə görə, ölkənin müdafiə qüvvələri təkcə nüvə infrastrukturunu məhv etmək üçün deyil, həm də düşmənin siyasi və hərbi sabitliyini pozmaq üçün zərbələr endirir.

“Cebheinfo.az”



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki