Xana ailə qurdu: Toyundan əvvəl… – VİDEO

Qardaşı şəhid olduqdan sonra səhnədən uzaqlaşan Xana Babayeva (Xanım Babayeva) ailə həyatı qurur.

Referans Media xəbər verir ki, müğənni həyat yoldaşı ilə birlikdə ilk olaraq qardaşının məzarını ziyarət edib. Onların məzarlıqda lentə alınan duyğusal görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, 2020-ci ildə baş tutan Vətən müharibəsi zamanı Xananın qardaşı Əmirxan Babayev şəhid olub. Bu itkidən sonra o, həm sosial mediadan, həm də musiqi fəaliyyətindən uzaqlaşmışdı.

Sözügedən videogörüntünü təqdim edirik.(Milli.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki