Xankəndidə dünyaya gələn ilk uşağın anasına vəzifə verildi

Böyük Qayıdışdan sonra Xankəndi şəhərində dünyaya gələn ilk uşağın anasına vəzifə verilib.

Referans Media  bildirir ki, Oxu.Az-ın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə mediaturu çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, şəhərdə dünyaya gələn ilk uşağın anası Səadət Namazlı idarənin İstehsalat şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub:

“Ümumiyyətlə, idarədə işçilərin çoxu məcburi köçkündür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki