Xankəndidə şəhər günü ilə bağlı atəşfəşanlıq olub – FOTO

  Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə atəşfəşanlıq olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Referans-a verilən məlumata görə, Zəfər meydanında şəhər gününə həsr olunmuş konsertin ardından şəhərin səması rəngarəng işıqlara bürünüb.

Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, hər kəsdə xoş ovqat yaranıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki