backend

Xəzərdə 2 Rusiya gəmisi VURULDU

Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Xəzər dənizində iki Rusiya gəmisini məhv edib.

Referans Medi  UNİAN-a istinadən xəbər verir ki, sözügedən gəmilər Rusiya və İran arasında hərbi yük daşımalarında iştirak edirdi.

Xüsusi əməliyyat Ukrayna xüsusi təyinatlı qüvvələri ilə “Qara Qığılcım” müqavimət qrupunun birgə fəaliyyəti nəticəsində həyata keçirilib.

Ukrayna Xüsusi Təyinatlı Qüvvələrinin Telegram kanalında bildirilib ki, müqavimət qrupu gəmilərin marşrutu və yükü barədə ətraflı məlumat təqdim edib.

Bildirilir ki, məhv edilən gəmilər “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” gəmiləridir. Bu gəmilər Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə olunur və ABŞ tərəfindən İranla Rusiya arasında hərbi yük daşımalarında iştirakı səbəbindən sanksiyaya məruz qalıb.

Qeyd edək ki, Ukrayna xüsusi təyinatlı qüvvələri Rusiyanın hücum qabiliyyətini zəiflətmək üçün asimmetrik əməliyyatlara davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki