image-xiaomibackend

“Xiaomi”dən YENİLİK – DAYANDIRILDI

Texnologiya nəhəngi “Xiaomi” smartfon tarixində mühüm mərhələni rəsmi şəkildə bağlayıb.

 

Şirkət illərlə istifadəçilərin yaddaşına həkk olunan MIUI interfeysi üçün yeniləmələri tamamilə dayandıraraq yeni nəsil əməliyyat sistemi “HyperOS” platformasına keçdiyini açıqlayıb.

 

Referans Media  xarici mediaya istinadən xəbər verir ki, əksər smartfonlar artıq yeni platformaya keçsə də, giriş səviyyəli “Redmi A2” modeli hələlik “MIUI” yeniləməsi alan son cihaz kimi qalıb. Rəsmi dəstək siyahısına əsasən, həmin model üçün də yeniləmələrin həyat dövrü 24 mart 2026-cı ildə tam şəkildə başa çatacaq.

 

Qeyd edək ki, “Redmi A2” texniki olaraq MIUI 14 versiya nömrəsini daşısa da, faktiki olaraq sadələşdirilmiş “Android Go” təcrübəsi təqdim edirdi və klassik MIUI funksiyalarının əksəriyyətinə sahib deyil. Ənənəvi MIUI interfeysini son dəfə alan smartfonlar isə hələ 2025-ci ilin martında dəstək müddəti bitən “POCO M5s”, “Redmi 10C” və “Redmi Note 10T” modelləri olub. MIUI yeniləmələrinin dayandırılması ilə şirkət rəsmən yeni strategiyaya keçib. Beləliklə, mobil texnologiyalar tarixində iz qoymuş bir interfeys səhnədən çəkilib və “Xiaomi” üçün yeni əməliyyat sistemi dövrü rəsmi olaraq başlayıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki