Xırdalan sakini qızdırmadan şoka düşüb öldü

  Xırdalan sakini qızdırmadan ölüb.

Referans lent.az-a istinadən xəbər verir ki, sentyabrın 4-ü saat 17 radələrində Xırdalan şəhər sakini, 1974-cü il təvəllüdlü Eldəniz Zülfi oğlu Rəhimov qızdırma səbəbindən rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Sentyabrın 5-i saat 01 radələrində ona həkim tərəfindən təyin olunmuş iynə vurulub.

Lakin E.Rəhimovun qızdırması düşməyib və o koma vəziyyətinə girərək vəfat edib.

Faktla bağlı Abşeron rayon prokurorluğu tərəfindən araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki