Xızıda üstünə darvaza aşan kişi ölüb

  Xızıda 36 yaşlı kişi üstünə darvaza aşması nəticəsində ölüb.

Referans .az xəbər verir ki, hadisə Xızının Stalçay adlanan ərazisində baş verib.

1989-cu il təvəllüdlü Ceyhun Qəzənfər oğlu Həsənov öz həyətində olarkən üzərinə darvaza aşıb. O, aparıldığı Sumqayıt şəhər xəstəxanasına həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki