Xocalının Seyidbəyli kəndinə ilk köç…

“Böyük Qayıdış” proqramına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.

Referans.az  bildirir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailədən ibarət  31 nəfər köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki