Əhalinin NƏZƏRİNƏ ! Yağışlı hava BU vaxta kimi DAVAM EDƏCƏK?

Artıq bir neçə gündür ki, Azərbaycanda yağışlı hava müşahidə olunmaqdadır. Bu bir tərəfindən istilərdən təngə gələnlər üçün çox xoş olsa da digər tərəfdən bəzi problemlərə də yol açır. Yəni, meteohəssas insanların səhhəti belə havalarda dəyişir. Daha sonra yollarda müəyyən manelər yaranır və s.  Ümumiyyətlə ölkə ərazisində hava temperaturunun qəfildən bu qədər aşağı düşməsinin səbəbi nədir? Bundan başqa  günlərdir davam edən yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək?

Mövzu ilə bağlı Lənkəran Dövlət Universitetinin baş müəllimi, meteroloq Cavidan Əliyev Referans-a açıqlamasında bildirib ki, hal-hazırda Azərbaycan ərazisinə payız yavaş-yavaş, lakin əmin addımlarla irəlləyir.  Beləki, ölkəmizə  şimal-qərb istiqamətindən soyuq hava kütlələri həmçinin serialı tsiklonlar daxil olur.  Bunun nəticəsində də Azərbaycnada havanın temperaturu normadan 3-5 dərəcə aşağı enib. 

Meteroloq onu da diqqətə çatdırıb ki, yaxın günlərdə ölkəmizin ərazisinə Arktik antitsiklon daxil olacaq.  Bundan sonra isə ölkədə temperatur göstəricililəri normaya yaxın və bir qədər aşağı olacaq.  Eyni zamanda ölkəmizin ərazisində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.  Böyük və Kiçik Qafqaz ərazisində arabir güclü yağış və şimşək də gözlənilir. 

“Paralel olaraq Azərbaycanın yüksək dağlıq ərazilərində sulu qarın da yağacağı pronozlaşdırılır. Bir sözlə bu tərzdə hava şəraiti ölkəmizdə sentyabr ayının 20 – nə qədər davam edəcək”, – deyə Cavidan Əliyev qeyd edib.

Bünyamin Bünyadzadə

Referans


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki