Yaponiya sahillərində 5,9 bal gücündə zəlzələ olub

Yaponiyanın cənub-qərb sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Kaqoşima prefekturasının Vadomari bölgəsindən 8 kilometr şərqdə yerləşib.

Yeraltı təkanların 42 kilometr dərinlikdə qeydə alındığı bildirilib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki