Yaponiyada 3 nəfəri daşıyan helikopter itkin düşüb

Yaponiyanın Kumamoto prefekturasında üç nəfərin olduğu turistik helikopterin itkin düşdüyü bildirilib.

Referans Media xəbər verir ki, Yomiuri Shimbun qəzetinin məlumatına görə, Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi açıqlamasında helikopterin Kumamotodakı Aso vulkanı ətrafında uçuş etməsinin planlaşdırıldığını qeyd edib.

Açıqlamada helikopterdə bir pilot və Tayvandan olan iki sərnişinin olduğu bildirilib.

Uçuş zamanı helikopterin fövqəladə vəziyyət siqnalı göndərdiyi, lakin planlaşdırılan vaxtda bazaya qayıtmadığı vurğulanıb. Hadisə ilə bağlı ərazidə axtarış-xilasetmə işlərinə başlanıldığı qeyd edilib.

Nazirlik açıqlamasında insidentlə bağlı araşdırmaların davam etdiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki