Yaponiyanın İvate prefekturası ərazisində baş verən meşə yanğınları ciddi narahatlıq yaradıb.
Referans Media xəbər verir ki, yerli mənbələrin məlumatına görə, bir-birindən təxminən 10 kilometr məsafədə yerləşən iki fərqli nöqtədə yanğın baş verib. Alov qısa müddətdə geniş əraziyə yayılaraq yaxınlıqdakı yaşayış binalarına da sıçrayıb.
Hadisə ilə əlaqədar olaraq 1000-dən çox sakinə təxliyə çağırışı edilib. Sakinlərin təhlükəsiz ərazilərə köçürülməsi üçün tədbirlər görülür.
Səlahiyyətli qurumlar yanğınların nəzarət altına alınması üçün Yaponiya Özünümüdafiə Qüvvələrindən dəstək istəyib.
Hazırda yanğınların söndürülməsi istiqamətində intensiv işlər davam etdirilir. İlkin məlumatlara görə, hadisə nəticəsində hələlik ölən və ya yaralanan yoxdur.























