Yaponiyanın kosmik sınağı iflasa uğradı

Yaponiyanın kosmik missiyasında problem yaşanıb: H3 raketi orbitə çıxa bilməyib

“Referans MEDİA” xəbər verir ki, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) H3 raketinin buraxılışdan sonra daşıdığı peyki orbitə yerləşdirə bilmədiyini açıqlayıb.

Kyodo agentliyinin məlumatına görə, “Michibiki No. 5” naviqasiya peykini daşıyan H3 raketi JAXA tərəfindən Kaqosima prefekturasında yerləşən Taneqasima Kosmik Mərkəzindən buraxılıb.

Buraxılışdan qısa müddət sonra raketin ikinci mərhələ mühərrikinin fəaliyyətini dayandırması səbəbindən H3 raketi peyki orbitə çıxara bilməyib və missiya uğursuzluqla başa çatıb./Hürriyet.com.tr/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki