Türkiyəli aktrisa Melis İşiten illər əvvəl bitən evliliyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Referans Media Türkiyə mediasına istinadən xəbər verir ki, Melis İşiten aktrisa Uraz Kaygılaroğlu ilə 2014-cü ildə qurduğu və 2019-cu ildə başa çatan evliliyi barədə danışıb.
İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və münasibətlərinin əvvəlkindən daha sağlam olduğunu bildirib. Onun sözlərinə görə, cütlüyün münasibətlərinin bu mərhələyə gəlməsi onların qızları Ada üçün də müsbət nəticə verib.
“İndi daha yaxşı vəziyyətdəyik”
Melis İşiten insanların onların yenidən evlənməsini istədiyini, lakin özlərinin münasibətlərinə artıq fərqli prizmadan baxdıqlarını deyib.
“İnsanlar yenidən evlənməyimizi istəyirlər. Amma biz artıq bir-birimizə o tərəfdən baxmırıq. Evliliyimizdən daha yaxşı bir versiyadayıq. Qızımız Ada da daha xoşbəxtdir. Hamımız ən yaxşı versiyamıza gəlib çatmışıq. Belə çox gözəlik”, - deyə aktrisa bildirib.
İşiten keçmiş həyat yoldaşı ilə bir-birlərinə qarşı kin saxlamadıqlarını və münasibətlərinin dostluq üzərində qurulduğunu vurğulayıb:
“Bir-birimizə nifrət etmirik. Bir-birini çox sevən iki yaxşı dostuq. Bir çox evli cütdən daha yaxşı ailəyik”.
“Uraz mənim həyat yol yoldaşımdır”
Aktrisa Uraz Kaygılaroğlunun onun həyatında xüsusi yer tutduğunu da qeyd edib.
“Uraz mənim yol yoldaşımdır, həyatda ən böyük ortağımdır. Mən Urazdan sonra Ada ilə tanış edəcək səviyyədə bir münasibət yaşamadım. Onu analıq sərhədlərimin içinə heç vaxt daxil etmədim. Elə bir sevgi yaşamadım”, - deyə İşiten söyləyib.
“Yenə Urazla evlənərdim”
Melis İşiten Uraz Kaygılaroğlu ilə yollarını ayırmasından 8 il keçməsinə baxmayaraq, keçmiş evliliyinə peşman olmadığını bildirib.
“Aşiq olmağı çox istəyirəm. Urazla ayrılmağımızdan 8 il keçib. O yaşımda yenidən Urazla tanış olsaydım, yenə onunla evlənərdim və yenə Urazla dünyaya uşaq gətirərdim. Uşağımın atasının Uraz olmasına görə çox xoşbəxtəm. Əminəm ki, o da bunun altına imza atar. Bunlar valideynliklə bağlı cümlələrdir”, - deyə aktrisa vurğulayıb.
5 il evli qaldılar
Qeyd edək ki, Melis İşiten və Uraz Kaygılaroğlu 2014-cü ildə ailə qurublar. Cütlüyün bu nikahdan Ada adlı qızı dünyaya gəlib.
