“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı olaraq əfv gözlənilmir”.
Referans Media xəbər verir ki , bunu Bizim.Media-ya açıqlamasında Əfv Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa deyib.
“Çünki Əfv Komissiyası heç bir fəaliyyətə başlamayıb. Əfv üçün gərək 2 ay ərzində müzakirə aparılsın, tövsiyə olsun. Amma hələ ki belə toplantılar keçirilməyib. Ona görə də əfv gözlənilmir”, – deyə o əlavə edib.
