Yeni nəsil radarlar QURAŞDIRILIR

Xırdalan-Novxanı yolunda yeni nəsil radar sistemləri quraşdırılıb.

Referans Media  xəbər verir ki, artıq sürücülərin radara yaxınlaşarkən sürəti qısa müddətə azaltması inzibati cərimədən yayınmaq üçün kifayət etməyəcək.

Yeni qurğular yol boyunca sürət həddinin davamlı şəkildə izlənməsinə imkan verir.

Sözügedən radarların hələ ki, istifadəyə verilmədiyi qeyd olunub.

Sürücülərə tövsiyə olunur ki, yol hərəkəti qaydalarına əməl etsinlər, müəyyən edilmiş sürət həddini aşmasınlar və həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etsinlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki