“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Qurbanov vəzifəsindən azad edilib. Referans Media xəbər verir ki , bununla bağlı ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, T.Qurbanov 2017-ci ildən Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsində çalışırdı./İqtisadiyyat.az
