Yer kürəsində yenidən maqnit qasırğası başladı

  Yer kürəsində üçüncü maqnit qasırğası başlayıb.

Referans xəbər verir ki, təsir orta dərəcədə qiymətləndirilir, ona görə də güclü geomaqnit dalğalanmaları gözlənilmir.

Alimlər oktyabrın 20-də günorta saatlarında geomaqnit şəraitin normallaşacağını təxmin edirlər. Bundan sonra təxminən bir həftəlik sakitlik dövrü gözlənilir.

Ayın əvvəlindən maqnit qasırğaları artıq iki dəfə qeydə alınıb: 1-3 oktyabr və 12 oktyabr.//teleqraf  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki