MHP lideri Dövlət Baxçalının aktyor Uraz Kayqılaroğluna telefon açaraq təşəkkür etməsi hələ də müzakirə olunur.
Referans Media xəbər verir ki, bu hadisədən sonra yayımlanan yeni bölümdə səsləndirilən replik isə sosial mediada geniş rezonans doğurub.
“Gördüm, bir dövlət var…”
Serialın son bölümündə Kayqılaroğlunun canlandırdığı Bozo obrazı belə deyir: “Tam ümidimi itirmişdim. Gördüm, gördüm bir dövlət var. Amma gizli, amma dərin bir dövlət var.”
Bu ifadə xüsusilə Dövlət Baxçalının telefon zəngi fonunda sosial şəbəkələrdə müxtəlif şərhlərə səbəb olub.
Dövlət Baxçalı nə demişdi?
Dövlət Baxçalı telefon danışığında serialın “Türk gəncliyini pis vərdişlərdən uzaq tutan məzmununu” yüksək qiymətləndirdiyini bildirmişdi. Bu açıqlamadan dərhal sonra yayımlanan bölümdə “dövlət” mövzusunun vurğulanması diqqət çəkib.
Sosial mediada iki fərqli baxış Bir qrup izləyici replikəri sırf ssenarinin axarı kimi qiymətləndirir. Digər qrup isə bunu siyasi mesaj kimi dəyərləndirir.
Serial tərəfi mövzu ilə bağlı əlavə açıqlama verməyib.
