Türkiyəli tanınmış aktyor Burak Bingöl də ekranlara qayıdır.
Referans Media xəbər verir ki, onun yeni layihəsi bəlli olub.

Aktyor “Now” telekanalının iddialı serialı “Yeraltı”nda çəkiləcək. O, ekran işində yeni qurulacaq konseyin üzvlərindən biri olacaq. Adıçəkilən seriala yeni mövsüm öncəsi İsmail Hacıoğlu, Şükran Ovalı, Azra Aksu, Ekrem Tamer, Hakan Dinçkol və Bor Sivri kimi məşhurlar da qatılıb.
Qeyd edək ki, “Yeraltı”nın yeni mövsümü 7 oktyabrda başlayacaq./Hit.az/
