Ukrayna lideri Vladimir Zelenski Prezident Aparatının işdən çıxarılan rəhbəri Andrey Yermakın ölkədən çıxışına qadağa qoyub.
Referans Media xəbər verir ki, bu barədə Ali Radanın millət vəkili Aleksiy Qonçarenko özünün “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, sərhədçilər bu barədə bildiriş alıblar:
“Sərhəd məntəqələrinə Andrey Yermakın Ukraynadan çıxışına qadağa qoyulması barədə məktub gedib”.
Qonçarenko bu barədə başqa heç bir detal açıqlamayıb.
Xatırladaq ki, Ukraynanın Prezident Aparatının keçmiş rəhbəri Andrey Yermaka qarşı cinayət işi açılıb. Ölkədə korrupsiya qalmaqalı fonunda Zelenski Yermakın Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsindən istefa ərizəsini qəbul edib./publika.az
