Yevlaxda BƏDBƏXT HADİSƏ: ata 4 yaşlı oğlunu…

  Sentyabrın 23-ü saat 18 radələrində Yevlax rayonunun Səmədabad kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Referans Teleqraf-a istinadla xəbər verir ki, Səmədabad kənd sakini, 1991-ci il təvəllüdlü Yunis Zeynalov idarə etdiyi traktorla hərəkətdə olarkən yolu keçən 4 yaşlı oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yevlax rayon polis idarəsində cinayət işi qaldırılıb.

İstintaq aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki