Yanvarın 22-də saat 06:10 radələrində 4 nəfər şəxs (3-ü kişi və 1-i qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Referans Media bildirir ki, bu barədə Yevlax Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
“Onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib.
Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir”, deyə məlumatda qeyd edilib.
Yevlax şəhərində beş nəfər dəm qazından zəhərlənib.
Referans Media Oxu.az-a istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov vəfat edib.
Digər dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
