Londondakı Victoria and Albert Museum (V&A) platformanın həmtəsisçisi Jawed Karim tərəfindən 23 aprel 2005-ci ildə paylaşılan “Me at the zoo” adlı 19 saniyəlik videonu və həmin dövrə aid yenidən qurulmuş səhifəni kolleksiyasına daxil edib.
San-Dieqo Zooparkında çəkilən video bu günədək 382 milyondan çox baxış toplayıb.
Eksponat V&A South Kensington-dakı “Design 1900–Now” qalereyasında nümayiş olunur.
