YouTube-da süni intellekt inqilabı: Öz “rəqəmsal əkizinizi” yarada biləcəksiniz

YouTube-un CEO-su Nil Mohan 21 yanvar 2026-cı il tarixli illik məktubunda platformada planlaşdırılan yeni süni intellekt yeniliklərini açıqlayıb. Bu yeniliklərdən ən diqqətçəkəni kontent istehsalçılarının öz üz və səslərindən istifadə edərək AI əsaslı “rəqəmsal əkiz” yaratmaq imkanıdır.

Referans Media xəbər verir ki, Yeni funksiya sayəsində yaradıcılar kamera qarşısına keçmədən, öz süni intellekt versiyaları ilə YouTube Shorts videoları hazırlaya biləcəklər. Mohan bildirib ki, bu texnologiya insan yaradıcılığını əvəz etmir, onu daha çevik və sürətli edir.

Əsas yeniliklər:

Şəxsi AI modelləri: İstifadəçilər öz səs və görüntülərini kopyalayaraq kontentdə istifadə edəcəklər.

Veo 3 inteqrasiyası: Mətn əmrləri ilə Shorts videoları yaratmaq mümkün olacaq.

Musiqi və oyun alətləri: Sadə əmrlərlə oyun dizaynı və yeni musiqi janrları sınaqdan keçiriləcək.

“Süni zibil”lə mübarizə: YouTube tamamilə sintetik və keyfiyyətsiz spam kontentə qarşı nəzarəti gücləndirir, moderasiya sistemləri yenilənir.

Təhlükəsizlik və şəffaflıq:

Başqasının üz və ya səsinin icazəsiz istifadəsi avtomatik aşkarlanacaq.

Realistik AI kontent “sintetik” etiketi ilə işarələnəcək.

İstifadəçilərə rəqəmsal kimliklərini qorumaq üçün yeni idarəetmə alətləri veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki