Zaqatala şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Referans.az xəbər verir ki ,bizim.media-nın yerli bürosu xəbər verir ki, 23 yaşlı Şəki rayon sakini Natiq Əmrahov velosipedlə hərəkətdə olarkən minik avtomobili tərəfindən vurulub.
Qəza nəticəsində xəsarətlər alan gənc təcili tibbi yardım briqadasının köməyi ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra o, cərrahiyyə korpusuna yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
