Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada 36 yaşlı kişinin meyiti tapılıb. 

Referans Media  xəbər verir ki, hadisə ötən gecə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. 

Kənd sakini, 1990-cı il təvəllüdlü Zaur Hacıbəy oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsində ailə üzvüləri tərəfindən aşkar edilib. 
Faktla bağlı araşdırma aparılır./Lent.az 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki