Zavodda partlayış: 12 nəfər öldü, çox sayda yaralı var

Pakistanda yerləşən Feysəlabad sənaye zonasındakı bir zavodda baş verən güclü partlayış ağır fəsadlara yol açıb.

Referans Media xəbər verir ki, rəsmi məlumatlara əsasən, insident nəticəsində azı 12 nəfər həyatını itirib, çox sayda yaralı xəstəxanalara yerləşdirilib.

Hadisənin səhər tezdən, yerli vaxtla saat 05:30-da qeydə alındığı bildirilir. Partlayışdan sonra alov qısa müddətdə genişlənərək zavodun böyük hissəsini bürüyüb və yanğınsöndürənlərin müdaxiləsini çətinləşdirib.

Güclü zərbə dalğası yalnız müəssisəyə deyil, yaxınlıqda yerləşən yaşayış evlərinə də ziyan vurub. Bir neçə evin divarlarının uçduğu, dam örtüklərinin dağıldığı qeyd olunur. İnsidentin səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki