image-1777203993_img_20260426_154455_144backend

Zelenski Sandu ilə görüşdü – VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

Referans Media xəbər verir ki, Zelenski Sandunun Ukraynaya səfərini yüksək qiymətləndirib və bu səfərin mühüm əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər təhlükəsizlik, sərhədyanı əməkdaşlıq, infrastrukturun qorunması və inkişafı, eləcə də energetika sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetiriblər.
Görüşdə Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük yolunda birgə səylərinin koordinasiyası da ayrıca müzakirə olunub. Zelenski bildirib ki, Kiyev və Kişineu bütün altı danışıqlar klasterinin açılması üzərində işləyirlər və Avrointeqrasiya prosesini ortaq uğura çevirməyi hədəfləyirlər.

Ukrayna lideri qeyd edib ki, ölkəsi Moldovaya təhlükəsizlik sahəsində dəstəyini davam etdirəcək. Bu dəstək, o cümlədən Dnestryanı bölgə ilə bağlı məsələləri də əhatə edir.

Tərəflər həmçinin Rumıniyanın iştirakı ilə üçtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki