Zelenskidən İranla bağlı açıqlama: “Kəşfiyyat məlumatımız var”

“Rusiya müharibədə İrana kömək edir”.

Referans Media  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı artıq bəzi detal və texnologiyaların, o cümlədən dronlarla bağlı avadanlıqların ötürüldüyünü qeydə alıb.

Bununla yanaşı, Zelenski qeyd edib ki, hazırda İran Ukraynaya zərbələr endirmək üçün Rusiyaya raket və digər silahlar vermir:

“Ukrayna Yaxın Şərqdəki tərəfdaşlarına İranın “Şahed” dronlarına qarşı mübarizədə kömək etməyə hazırdır və lazım gələrsə, bu məqsədlə ekspertlər göndərə bilər”.globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki