“Zəngəzur dəhlizinin eni 6 km olacaq” – İranlı ekspert

  “İran mənbələrinin məlumatına görə, Zəngəzur dəhlizinin eni 6 km olacaq və Türkiyənin cənub-şərqindəki “David dəhlizi” ilə birləşdiriləcək”.

Referans  xəbər verir ki, bu iddia ilə İrandakı anti-Azərbaycan qrupunun üzvlərindən biri olan ekspert Əhməd Kazemi çıxış edib.

Onun sözlərinə görə, sülh sazişi gələn il imzalanacaq.

“Əbu-Dabidə əldə olunmuş razılaşmalara əsasən, yekun sənədin 2026-cı il aprelin 24-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə İstanbulda imzalanması planlaşdırılır”.

Kazemi bundan başqa digər bir iddiasını da dilə gətirib: “Dəhliz doqquz iştirakçıdan ibarət beynəlxalq investisiya konsorsiumu tərəfindən idarə olunacaq. Gəlir aşağıdakı kimi bölüşdürülür: 40%- ABŞ, 30%- Ermənistan və Azərbaycan, qalan 30%-i isə hələ dəqiqləşməyib”./Redaktor.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki