Zərdabda ağır qəza: ölən var – FOTOLAR

  Zərdabda ağır yol qəzası baş verib.Referans APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab–Ucar avtomobil yolunda qeydə alınıb.

“BMW” və “Renault” markalı avtomobillərin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Mustafa Hacı oğlu Məmmədov hadisə yerində ölüb.

Qəza zamanı 2011-ci il təvəllüdlü Məhəmməd Qurban oğlu Neymətli və 1995-ci il təvəllüdlü Gündüz Yusif oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki