14 metrlik nəhəng maşın: KİM İDARƏ EDİR?

Birləşmiş Ərəb Əmirliklərində "Göy qurşağı şeyxi" kimi tanınan Həməd bin Həmdən Əl Nəhyan qeyri-adi avtomobil kolleksiyası ilə yenidən diqqət mərkəzindədir. Şeyxin sahib olduğu 14 metr uzunluğundakı nəhəng "Hummer H1 X3" modeli ölçüləri və içərisindəki şəraiti ilə görənləri heyrətləndirir.

Referans Media qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən 3000 avtomobildən ibarət kolleksiyaya sahib olan Şeyx Həməd xüsusi dizaynlı nəhəng "Hummer"i ilə fərqlənir.

Uzunluğu 14 metr, eni isə 6 metr olan bu unikal nəqliyyat vasitəsi təxminən ikimərtəbəli binanın hündürlüyünə çatır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki