İnanılmaz satış – Bir qılınca 4 milyon 875 min dollar verildi

Dünya şöhrətli “Ulduz müharibələri” (“Star Wars”) filmində Dart Veyderin istifadə etdiyi işıq qılıncı ABŞ-də keçirilən hərracda rekord məbləğə satılıb.

Referans Media xəbər verir ki, Dallas şəhərində təşkil olunan hərracda əfsanəvi personajın işıq qılıncı 4 milyon 875 min dollara alıcı tapıb. Bu barədə “Heritage Auctions” hərrac evi məlumat yayıb.

Satış məbləği “Ulduz müharibələri” franşizası ilə bağlı kolleksiya əşyaları arasında yeni dünya rekordu müəyyənləşdirib.

Əvvəlcə qılıncın dəyəri 1 milyon dollardan artıq qiymətləndirilirdi. Lakin hərracın yekununda onun satış qiyməti gözləntiləri xeyli üstələyib.

Sözügedən qılıncdan 1980-ci ildə ekranlara çıxan “İmperiya cavab zərbəsi endirir” (“The Empire Strikes Back”) və 1983-cü ildə çəkilən “Cedayın qayıdışı” (“Return of the Jedi”) filmlərində istifadə olunub.

Çəkilişlər zamanı bu rekvizitlə Dart Veyder obrazını canlandıran aktyor Devid Prouz və onun dublyoru işləyiblər.

Bundan əvvəl “Ulduz müharibələri” filmində Lük Skayuokerə məxsus işıq qılıncı hərracda 3 milyon 750 min dollara satılmışdı. Həmin məbləğ franşizaya aid kino rekvizitləri arasında rekord hesab olunurdu.

Dart Veyderin qılıncının 4 milyon 875 min dollara satılması ilə əvvəlki rekord 1 milyon 125 min dollar üstələnib.

Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki