ABŞ-ın Luiziana ştatının Şrivport şəhərində baş verən kütləvi atışma nəticəsində səkkiz uşaq həlak olub.
Referans Media xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. Mənbənin məlumatına görə, qurbanlar bir ilə 14 yaş arasında olan yetkinlik yaşına çatmayanlar olub.
Digər iki uşaq yaralanıb. Atışma gecə ərzində ailədaxili mübahisə zamanı baş verib. Hadisə yerinə gələn polis şübhəlini təqib edib. Nəticədə o, öldürülüb.//globalinfo.az























