Londonda son iki gündə oxşar hadisə yaşandı

Londonun şimal-qərbində yerləşən sinaqoqa hücum edilib.

Bu barədə “Sky News” məlumat yayıb.

“Hadisə gecə saatlarında Kenton United Synagogue ərazisində baş verib. Əraziyə polis və yanğınsöndürmə briqadaları cəlb olunub.

Nəticədə otaqlardan birində tüstülənmə qeydə alınıb, lakin xəsarət alan olmayıb”, – deyə bildirilib.

Qeyd edilib ki, bu, son iki gün ərzində yaşanan ikinci oxşar insidentdir.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki