Ağ Ev təklif etdi, Tehran qoymadı, İrəvan susdu – Bakını sevindirən anonsbackend

Ağ Ev təklif etdi, Tehran qoymadı, İrəvan susdu – Bakını sevindirən anons

  Zəngəzur dəhlizi məsələsi yenidən regional və beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Son günlər dəhlizin açılması ilə bağlı

aparılan müzakirələr, həmçinin ABŞ-ın bölgədə fəallaşması yeni suallar doğurur.

Ən maraqlı məqamlardan biri də dəhlizin ABŞ şirkətinə 100 illik icarəyə verilməsi ilə bağlı iddialardır. Ermənistan rəhbərliyi əvvəlcə rədd etdiyini

açıqlasa da, daha sonra belə bir təklifin müzakirə olunduğu bildirdi. Azərbaycandan isə hər hansı fikir səsləndirilmədi. Həmçinin İranında

məsələyə isti baxmadığı və qarşı çıxdığı deyilirdi.

Hazırda bu təklif hansı mərhələdədir? Ermənistan və İran bu məsələdə razılığa gələ biliblərmi? Ümumiyyətlə, regionda kommunikasiyaların

açılması real görünürmü?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında Birləşmiş Ərəb

Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşdə Zəngəzur dəhlizi məsələsi müzakirə olundu:

“ABŞ-ın Türkiyədəki səfiri Tom Barak həmin görüşdən sonra məsələ ilə bağlı mətbuata açıqlamasında Zəngəzur dəhlizinin 100 illik müddətə ABŞ

şirkətinə icarəyə verilə biləcəyi, bu layihədən əldə ediləcək gəlirlərin isə Azərbaycan, Ermənistan və ABŞ arasında bölüşdürüləcəyini bildirdi. Lakin

bu təklifin həyata keçməsi üçün ilk növbədə Ermənistan tərəfinin razılığı vacib idi”.

Politoloqun sözlərinə görə, Ermənistan bu məsələ ilə bağlı hələ də qeyri-müəyyən və ziddiyyətli mövqe nümayiş etdirir:

Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar

“Erməni rəsmilər müxtəlif və bir-birini təkzib edən açıqlamalar verirlər. Bəzən dəhlizin açılmasına qarşı olmadıqlarını bildirirlər, bəzən isə yalnız öz

nəzarətləri altında alternativ bir yolun açılmasının mümkünlüyünü vurğulayırlar. Bu da göstərir ki, real mənada dəhlizin yaradılması ilə bağlı

konkret razılıq yoxdur. Ermənistan hələlik qəti mövqe ortaya qoymayıb. Əgər yaxın gələcəkdə Bakı və İrəvan arasında ABŞ-ın vasitəçiliyi ilə Ağ Evdə

görüş baş tutarsa, bu məsələ üzrə də irəliləyiş mümkün ola bilər”

“İran Zəngəzur dəhlizinin açılmasına qarşı qeyri-konstruktiv mövqe tutur. Rəsmi Tehran bu dəhlizin regional balansı dəyişəcəyini düşündüyü üçün

onun reallaşmasını istəmir. Hazırda Rusiya da bu məsələdə tərəddüdlü mövqe sərgiləyir. Kreml dəhlizin 2020-ci il 10 noyabr bəyanatına uyğun

olaraq – rus sərhədçilərinin nəzarəti altında fəaliyyət göstərməsini istəyir. Amma Ermənistan qarşı çıxır. Bu isə Rusiyanı da narazı salır. Digər

tərəfdən, ABŞ-ın bölgədə fəallaşması Moskvada ciddi narahatlıq doğurur və Kreml bunu öz maraqlarına təhdid kimi qiymətləndirir”.

Politoloq qeyd edib ki, həm Rusiya, həm də İran ABŞ şirkətlərinin bu layihədə iştirakını geosiyasi təzyiq aləti kimi dəyərləndirir:

“Bu qədər maraqların toqquşduğu və vəziyyətin mürəkkəb olduğu bir şəraitdə Zəngəzur dəhlizinin nə zaman və hansı şərtlərlə açılacağı barədə

dəqiq fikir söyləmək çətindir. Mövcud vəziyyət qeyri-müəyyən olaraq qalır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki