Salyan rayonunda qəsdən adam öldürmə hadisəsi baş verib.
Referans Media xəbər verir ki, oktyabrın 27-də Sarvan kənd sakini, 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalar zamanı 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri – 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılova və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Çiçək İsmayılova aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Pərvin İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində ibtidai istintaq davam etdirilir./musavat.com/
