Andrey Bədəlov faciəvi şəkildə öldü backend

Andrey Bədəlov faciəvi şəkildə öldü 

“Transneft” şirkətinin vitse-prezidenti Andrey Bədəlov vəfat edib.

Referans  APA-ya istinadən xəbər verir, bu barədə “Mash” məlumat yayıb.

Bildirilib ki, o, bu gün səhər saatlarında Rublevskoye şossesində yaşadığı mənzilin pəncərəsindən yıxılaraq ölüb.

Hadisə yerində müstəntiqlər işləyir.

Bədəlov 2021-ci ildən bu vəzifədə çalışıb, o, bundan əvvəl Vosxod Elmi-Tədqiqat İnstitutunda işləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki