Xəbər verdiyimiz kimi, fevralın 8-də Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar bir sıra küçə və yollarda, xüsusilə paytaxtdan şimal istiqamətində hərəkətə məhdudiyyətlər tətbiq edilib.
Fevralın 9-u gecə saatları olmasına baxmayaraq, sözügedən ərazidə sıx nəqliyyat axını və ağır tıxac hələ də davam edir.
Uzun müddətdir yollarda qalan sürücülər yaranmış vəziyyətdən narazılıqlarını bildirir, alternativ marşrutların və hərəkətin daha effektiv təşkil olunmamasından şikayətlənirlər./Globalinfo.az























