Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ baş verib.
Referans Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla aprelin 14-ü saat 06:43-də qeydə alınan zəlzələnin ocağı 50 kilometr dərinlikdə olub.
** 05:10
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub.
Referans Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Aprelin 14-ü saat 03:03-də qeydə alınan zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.























