image-ambulansbackend

60 yaşlı kişi pilləkəndən yıxılıb öldü

Xaçmaz rayonunda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Referans Media  xəbər verir ki, hadisə bu gün səhər saat 5 radələrində rayonun Qusarkənd kəndi ərazisində baş verib.

Kənd sakini, 1966-cı il təvəllüdlü Telman Xasay oğlu Fərhadov yaşadığı evin həyətində pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılan T.Fərhadov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki