backend

Bakıda 45 yaşlı kişi öldürüldü – Saxlanılan var

Dekabrın 26-sı saat 03 radələrində Xətai rayonu NZS qəsəbəsində qətl törədilib.

 

Referans Media  “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb.

 

Ona xəsarətlər yetirməklə qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki